Islam Times 20 Oct 2021 232021000000Wed, 20 Oct 2021 23:07:20 +0330 23:07 https://www.islamtimes.org/az/news/959728/bəşar-əsəd-əbu-dabi-vəliəhdi-ilə-danışdı -------------------------------------------------- Title : Bəşar Əsəd Əbu-Dabi vəliəhdi ilə danışdı -------------------------------------------------- İslamTimes: Suriyanın ərəb ölkələri ilə münasibətlərinin normallaşdırılması prosesinin davamında Bəşar Əsəd BƏƏ vəliəhdi ilə əlaqə yaradıb. Text : Birləşmiş Ərəb Əmirliyinin rəsmi mənbələri xəbər verib ki, bu axşam Suriya Prezidenti Bəşar Əsədlə Abu Dabi vəliəhdi Məhəmməd bin Zayed arasında telefon danışığı baş tutub. Bu barədə BƏƏ-nin rəsmi "Wam" xəbər agentliyi məlumat yayıb. Telefon danışığında tərəflər bütün sahələrdə birgə əməkdaşlığın inkişaf etdirilməsi haqda müzakirə aparıblar. Mənbələrin bildirdiyinə görə, Abu Dabi vəliəhdi və Bəşər Əsəd həmçinin, Suriya və Yaxın Şərqdə baş verən ümumi narahatlıq doğuran məsələləri də müzakirə ediblər.