Islam Times 14 Jun 2021 142021000000Mon, 14 Jun 2021 14:48:07 +0430 14:48 https://www.islamtimes.org/az/news/938019/iran-yerli-koronavirus-vaksininin-istifadəsinə-rəsmən-start-verib -------------------------------------------------- Title : İran yerli koronavirus vaksininin istifadəsinə rəsmən start verib -------------------------------------------------- İslamTimes: İranın Səhiyyə Nazirliyi koronavirusa qarşı yerli “Covİran Bərəkət” vaksinin istifadəsinə icazə verdiyini bildirib.” Text : SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə naziri Səid Nəməki açıqlama verib. İran naziri bu gün Mərkəzi əyalətinə səfəri zamanı bildirib ki, Səhiyyə Nazirliyi bu gün yerli “Covİran Bərəkət” vaksinin kütləvi şəkildə vurulmasına icazə verib. İranlı nazir bildirib ki, hazırda ölkədə bu vaksindən bir milyon doza istehsal edilib. Qeyd edək ki, bu vaksindən başqa İranda Kuba ilə birgə istehsal edilən vaksinin sınağı da həyata keçirilir. “Covİran Bərəkət” vaksini İranda Rusiya və Çinin peyvəndlərindən sonra istifadə edilən ilk yerli vaksindir.