Islam Times 20 Jul 2021 002021000000Tue, 20 Jul 2021 00:36:00 +0430 0:36 https://www.islamtimes.org/az/news/944319/iraqda-bazarda-güclü-partlayış-nəticəsində-ölənlərin-sayı-25-nəfərə-çatıb -------------------------------------------------- Title : İraqda bazarda güclü partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb -------------------------------------------------- İslamTimes: İraqın paytaxtı Bağdadın şərqində yerləşən, şiələrin sıx yaşadığı Madinat-Sədr rayonunun bazarında baş vermiş partlayışda ölənlərin sayı 25 nəfərə çatıb, 47 nəfər yaralanıb. Text : APA “Shafaq News” xəbər portalına istinadən xəbər verir ki, partlayış xeyli dağıntıya səbəb olub, bir neçə mağaza yanıb. Qurbanların arasında qadınlar və uşaqlar var. Yerli təhlükəsizlik qüvvələri hadisəni terror hücumu kimi təsnif edib. Partlayıcı qurğunun kustar üsulla hazırlandığı bildirilib. Polis hadisənin arxasında kamikadze olacağını istisna etmir. İraq Baş naziri Mustafa əl-Kazimi hadisənin təcili araşdırılması barədə göstəriş verib. Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.