Islam Times 20 Jun 2017 152017000000Tue, 20 Jun 2017 15:56:11 +0430 15:56 https://www.islamtimes.org/az/news/647517/iranın-ballistik-zərbəsi-ilə-məhv-edilən-terrorçuların-sayı -------------------------------------------------- Title : İranın ballistik zərbəsi ilə məhv edilən terrorçuların sayı -------------------------------------------------- Islamtimes - İranın Suriyadakı İŞİD terrorçularına qarşı keçirdiyi əməliyyatın yeni təfərrüatları məlum olur. Text : İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, mənbələrin verdiyi məlumata əsasən, İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) atdığı raketlərdən təkcə biri 50-dən çox İŞİD terrorçusunu məhv edib. “Al-Alam” bildirir ki, İranın Suriyanın Deyr-əz-Zor əyalətindəki İŞİD terrorçularına qarşı keçirdiyi əməliyyat zamanı terrorçuların bir neçə başçısı, o cümlədən Əbu Asim əl-Libi və Əbu Haris ləqəbli Əbdülqədir əl-Fərani var. İranın atdığı digər 5 raketin vurduğu zərər barədə isə hələ ki, məlumat verilməyib. Qeyd edək ki, İranın bazar günü keçirdiyi əməliyyatı zamanı ortamənzilli ballistik raketlərdən istifadə edilib. Atılmış bütün 6 raket dəqiq şəkildə hədəfə çatıb.