Islam Times 11 Oct 2021 182021000000Mon, 11 Oct 2021 18:11:04 +0330 18:11 https://www.islamtimes.org/az/news/958199/colan-sakinləri-sionist-israil-rejiminə-etiraz-edirlər -------------------------------------------------- Title : Colan sakinləri sionist İsrail rejiminə etiraz edirlər -------------------------------------------------- İslamTimes: İşğal altında olan Colan Yüksəkliklərində İsrailə qarşı etiraz aksiyaları keçirilir. Text : SalamNews-un verdiyi xəbərə görə, İsrailin işğalı altında olan Colan təpələri bölgəsində etiraz aksiyası keçirilir.   Bölgədə yaşayan suriyalılar İsrailin qeyri qanuni şəkildə yəhudilər üçün yaşayış massivləri salmasına etiraz edirlər.   Bundan əlavə, nümayişçilər BMT əleyhinə də şüarlar səsləndirirək bu qurumu üzərinə düşən vəzifəni yerinə yetirməməkdə ittiham edirlər. Bölgədə aksiyanın davam etdiyi və işğalçı İsrail rejimi əsgərlərinin müdaxilə edə biləcəyi istisna olunmur. İşğalçı İsrail Colan Yüksəkliklərini 1967-1973 -cü illərin müharibəsində işğal edib. BMT qətnamələrinə baxmayaraq İsrail bölgəni tərk etməyib. İki il öncə ABŞ hökuməti İsrailin işğal edilmiş bu bölgə üzərində suverenliyini tanıyıb.