Islam Times 3 Sep 2013 152013000000Tue, 03 Sep 2013 15:45:52 +0430 15:45 https://www.islamtimes.org/az/news/298192/avqust-ayı-ərzində-israil-6-fələstinlini-qətlə-yetirmiş-və-250-nəfəri-həbs-etmişdir -------------------------------------------------- Title : Avqust ayı ərzində İsrail 6 fələstinlini qətlə yetirmiş və 250 nəfəri həbs etmişdir -------------------------------------------------- İslamtimes - İnsan hüquq müdafiə mərkəzi olan Ahrar-ın veridyi məlumata əsasən İsrailin işğalçı qüvvələri avqust ayı ərzində Qərb Sahili və Qəzza Zolağında 6 fələstinlini qətlə yetirmiş və 250 nəfəri isə həbs etmişdir. Text : Mərkəz tərəfindən dərc edilən aylıq hesabatda deyilir ki, adı çəkilən ay ərzində tutulanlar içərisində Fələstin informasiya şöbəsinin rəhbəri Əla Mukbel də var idi. Qərb Sahilinin müxtəlif ərazilərində baş verən hadisələr nəticəsində İsrail işğalçı qüvvələri beş fələstinli qətlə yetiriblər, digər bir nəfər isə mərkəzi Qəzzada qətlə yetirilib. Hesabatda həmçinin deyilir ki, bu ilin başlanğıcından etibarən əksəri Qərb Sahilindən olmaqla 20 fələstinli qətlə yetirilib. Cümə axşamı günü baş verən sonuncu hadisə zamanı bir qurp Yəhudi sakinlər Nablus yaxınlığında Qasra kəndindən olan fəlsətinli vətəndaşa hücum etmiş və ona məxsus olan traktoru oğurlamışdılar. Şimali Qərb Sahilinin məskunlaşma işləri üzrə director Qasan Daglas deyib ki, Yəhudi sakinlər fəlsətinlilərə məxsus torpaqlara soxularaq taxta və daşlar ilə torpaq sahiblərinə hücum etmişdilər. Daglas əlavə edərək bildirib ki, Muhəmməd Şəhidə və Mahmud Avdih bədənlərinin müxtəlif yerlərindən zədələr almış və traktoru oğurlanmışdır.