Islam Times 6 Apr 2021 212021000000Tue, 06 Apr 2021 21:22:48 +0430 21:22 https://www.islamtimes.org/az/news/925690/üst-peyvənd-pasportu-nu-dəstəkləmədi -------------------------------------------------- Title : ÜST "peyvənd pasportu"nu dəstəkləmədi -------------------------------------------------- İslamTimes: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir. Text : Modern.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris mətbuat brifinqində deyib. "ÜST olaraq bu mərhələdə peyvənd pasportunun giriş və ya çıxış tələbi olaraq görmək istəmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik", -deyə Harris bildirib. ÜST sözçüsü həmçinin əlavə edib ki, bu, müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkilik məsələsini ortaya çıxaracaq.