Islam Times 23 Jun 2021 012021000000Wed, 23 Jun 2021 01:13:41 +0430 1:13 https://www.islamtimes.org/az/news/939541/amerika-mətbuatın-səsini-belə-boğur-presstv-və-al-alam-bloklandı -------------------------------------------------- Title : Amerika mətbuatın səsini belə boğur - PressTV və Al-Alam bloklandı -------------------------------------------------- Özünü demokratiyanın beşiyi kimi tanıtdırmağa çalışan ABŞ, İranın “Press TV” və “Al Alam” telekanallarının portallarını bloklayıb Text : ABŞ rəhbərliyi İranın “Press TV” və “Al Alam” televiziya kanallarının internet portallarını bloklayıb. APA TASS-a istinadən xəbər verir ki, bu gündən etibarən sözügedən qurumların saytlarını ziyarət edərkən müvafiq bildiriş görünür. “Domen Ticarət Nazirliyinin İxracata Nəzarət İdarəsinin sənaye və təhlükəsizlik məsələləri bürosu və Federal Təhqiqat Bürosunun (FTB) hüquq-mühafizə tədbirləri çərçivəsində ABŞ hökuməti tərəfindən müvafiq əmrə uyğun olaraq bloklanıb”, - deyə bildirişdə qeyd olunur. Bənzər mesaj Yəmənin Müqavimət hərəkatı “Ənsarullah”a məxsus “Al Massira” telekanalının portalına da daxil olarkən görünür. FTB və ABŞ Ticarət Nazirliyi TASS-ın Vaşinqtondakı müxbirinin baş verənlərlə bağlı sorğusuna hələlik cavab verməyib. Həmçinin Dövlət Departamenti də İran televiziya kanallarının internet portallarının bloklanması barədə məlumatlara hələlik münasibət bildirməyib.