Islam Times 15 Jun 2021 092021000000Tue, 15 Jun 2021 09:25:13 +0430 9:25 https://www.islamtimes.org/az/news/938137/bennet-işğalçı-israilin-baş-naziri-kimi-vəzifəsinin-icrasına-başlayıb -------------------------------------------------- Title : Bennet işğalçı İsrailin Baş naziri kimi vəzifəsinin icrasına başlayıb -------------------------------------------------- İslamTimes: Cinayətkar İsrail rejiminin yeni Baş naziri Naftali Bennet bazar ertəsindən etibarən öz vəzifəsinin icrasına başlayıb Text : Cinayətkar İsrailin yeni Baş naziri Naftali Bennet bazar ertəsindən etibarən öz vəzifəsinin icrasına başlayıb, işğal edilmiş Qüdsdəki dəftərxanasına baş çəkib, işçiləri ilə görüşüb və təhlükəsizlik məsələləri ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının rəhbəri və hərbi müşaviri tərəfindən məlumatlandırılıb. APA TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. “Baş nazir Bennet 14 iyun 2021-ci ildə baş nazirin işğal edilmiş Qüdsdəki dəftərxanasında vəzifəsinin icrasına başlayıb. O, dəftərxananın müxtəlif guşələrini ziyarət edib, işçilərlə görüşüb, həyat şəraitləri ilə maraqlanıb və hər kəsə gələcək fəaliyyətində məhsuldarlıq arzulayıb. Baş nazirin hərbi katibi və Milli Təhlükəsizlik Şurasının rəhbəri təhlükəsizlik məsələləri ilə bağlı Baş nazir Bennetə məlumat veriblər”, - deyə məlumatda qeyd olunub.