Islam Times 29 Jul 2021 092021000000Thu, 29 Jul 2021 09:56:54 +0430 9:56 https://www.islamtimes.org/az/news/945706/abş-da-zavodda-kimyəvi-maddənin-sızması-nəticəsində-xəsarət-alanların-sayı-artıb -------------------------------------------------- Title : ABŞ-da zavodda kimyəvi maddənin sızması nəticəsində xəsarət alanların sayı artıb -------------------------------------------------- İslamTimes: ABŞ-ın Texas ştatının Hyuston şəhəri yaxınlığında “LyondellBasell” şirkətinin neft-kimya zavodunda baş vermiş kimyəvi maddə sızması nəticəsində azı 2 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Text : APA TASS-a istinadən xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb. Məlumata görə, ölənlərin hər ikisi zavodun podratçılarıdır. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan biri yanıq xəsarəti alıb, digərlərində isə tənəffüs yollarında ağırlaşmalar var. “LyondellBasell” şirkəti bundan əvvəl 4 nəfərin xəsarət aldığını bildirmişdi. Qeyd edilir ki, La-Port şəhərində yerləşən müəssisədə etan turşusu sızması baş verib. Zəhərli maddə aradan qaldırılıb. Havadan nümunələr götürülüb və yerli sakinlər üçün heç bir təhlükənin olmadığı iddia edilib.