Islam Times 22 Jul 2021 102021000000Thu, 22 Jul 2021 10:25:13 +0430 10:25 https://www.islamtimes.org/az/news/944581/tokio-2020-olimpiya-kəndində-daha-2-idmançı-koronavirusa-yoluxub -------------------------------------------------- Title : Tokio-2020: Olimpiya kəndində daha 2 idmançı koronavirusa yoluxub -------------------------------------------------- İslamTimes: Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 12 koronavirusa yoluxma aşkarlanıb. Text : Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb. Yoluxanlardan ikisi Olimpiya kəndində məskunlaşan xarici idmançılardır. 6 nəfər yaponiyalı, 4 nəfər xarici əməkdaş da infeksiyaya yoluxub. Onlardan da ikisi Olimpiya kəndində qalan şəxslərdir. Qeyd edək ki, açılışı sabah olacaq Olimpiya Oyunlarında bir gün öncə 2 atletin də koronavirus testi müsbət çıxıb.