Islam Times 19 Jun 2021 212021000000Sat, 19 Jun 2021 21:35:10 +0430 21:35 https://www.islamtimes.org/az/news/938984/sionistlərin-növbəti-vəhşiliyi-bu-dəfə-toya-hücum-edildi -------------------------------------------------- Title : Sionistlərin növbəti vəhşiliyi - Bu dəfə toya hücum edildi... -------------------------------------------------- İslamTimes: Atəşkəsdən sonra belə Fələstin xalqına qarşı vəhşiliklərini davam etdirən sionist rejim polisi bu dəfə Əl-Cəlil şəhərində toy mərasiminə basqın edib Text : Son zamanlarda Məscidül-Əqsaya hücum edərək, ibadət halında olan fələstinlilərə qarşı qeyri-insani davranışlar sərgiləyən sionist rejim hərbçiləri bu dəfə Əl-Cəlil şəhərinin Deyr əl-Əsəd məntəqəsində fələstinli cütlüyün toy mərasiminə basqın edib. Bu hücum nəticəsində onlarla dinc fələstinli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanadakı mənbələr bildirib ki, 30 yaşlı yaralı cavanın durumu kritikdir. İsrail polisinin vəhşiliyinə cavab olaraq, fələstinli gənclər sionist rejim polisinə məxsus iki avtomobilə od vurub, bir polisi isə daşla vuraraq, yaralayıblar.