Islam Times 22 Feb 2021 102021000000Mon, 22 Feb 2021 10:02:51 +0330 10:02 https://www.islamtimes.org/az/news/917680/maqate-və-iran-razılaşdı-bu-davam-edəcək -------------------------------------------------- Title : MAQATE və İran razılaşdı: Bu, davam edəcək -------------------------------------------------- İslamTimes: MAQATE və Tehran agentliyin İran nüvə obyektlərinin monitorinqini davam etdirməsi barədə razılıq əldə ediblər. Text : Bunu MAQATE-nin baş direktoru Rafael Qrossi deyib. Onun sözlərinə görə, bu ikitərəfli konsultasiyaların nəticəsidir: “İntensiv müzakirələr yaxşı nəticə verdi. Müvəqqəti texniki razılıq əldə olunub”. Qeyd edək ki, Qrossi ötən gün İrana səfərə gəlib. R.Qrossinin İrana səfərinin səbəbi rəsmi Tehranın AEBA ilə əməkdaşlığını məhdudlaşdıracağını və İrana qarşı sanksiyaların tətbiqinin davam etdirilməsinə görə nüvə obyektlərində monitorinq aparmaq üçün bu ölkəyə səfər edəcək inspektorları ölkəyə buraxmayacağını elan etməsi olub.