Islam Times 23 May 2018 012018000000Wed, 23 May 2018 01:26:08 +0430 1:26 https://www.islamtimes.org/az/gallery/726718/1/israilin-mühasirəsini-qırmaq-məqsədilə-avropa-gəmiləri-qəzzaya-yola-düşüb -------------------------------------------------- Title : İsrailin mühasirəsini qırmaq məqsədilə – Avropa gəmiləri Qəzzaya yola düşüb -------------------------------------------------- İslamtimes - Amerika, Kanada, İsveç, Fransa, Türkiyə, İspaniya... Text : Bu gün Danimarkanın Kopenhaqen limanından Qəzzanı işğalçı İsrail rejiminin mühasirəsindən çıxarmaq məqsədilə bir gəmi flotu yola düşüb.   Maide.Az "İslaminSesi"ə istinadən xəbər verir ki, İsrailin Qəzzaya tətbiq etdiyi mühasirəni sındırmaq məqsədi daşıyan gəmi flotu və onun Qəzza səfəri “Azad Beynəlxalq Flot Koalisiyası” tərəfindən təşkil edilib.   Danimarka paytaxtı limanından bu gün yola düşən bu flot iki aya Qəzzaya çatmalıdır.   Avropa gəmi flotu “Həqiqət Fələstin məsələsinin ədalətli həllindədir” devizi ilə iki ay səfər boyu müxtəlif proqramlar həyata keçirəcək. Atlantik okeanından Aralıq dənizinə daxil olan flot bir sıra Avropa dövlətlərinin limanında duraraq, Fələstin məsələsinin ədalətli həllinə çağırışlar edəcək.   Bu flotda Amerika, Kanada, CAR, İsveç, Fransa, Türkiyə, İspaniya, İtaliya, Norveç və sair ölkələrin  fəalları, alimləri və akademikləri var.