Islam Times 25 Sep 2021 092021000000Sat, 25 Sep 2021 09:20:00 +0330 9:20 https://www.islamtimes.org/az/news/955615/iddia-abş-da-əfqan-qaçqınlar-amerikalı-qadın-hərbçiyə-hücum-edib -------------------------------------------------- Title : İDDİA: ABŞ-da əfqan qaçqınlar amerikalı qadın hərbçiyə hücum edib -------------------------------------------------- İslamTimes: ABŞ əsgəri Nyu-Meksiko ştatında yerləşən hərbi bazada müvəqqəti saxlanılan bir qrup əfqan qaçqının hücumuna məruz qaldığını iddia edib. Text : APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə obyektin komandirləri bildiriblər. “Təsdiq edə bilərik ki, bir qadın hərbi qulluqçu 19 sentyabrda Nyu-Meksikodakı Donya Ana kompleksində təxliyə olunmuş və kişilərdən ibarət kiçik qaçqın qrupu tərəfindən hücuma məruz qalması barədə məlumat verib”, - deyə məlumatda qeyd olunub. İnsidentin araşdırılması ilə FTB məşğuldur, təfərrüatlar barədə hələlik açıqlama verilməyib. Komandanlıq zərərçəkmişə dərhal lazımi yardım göstərildiyini və bazada təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.