Islam Times 5 Jan 2022 172022000000Wed, 05 Jan 2022 17:09:39 +0330 17:09 https://www.islamtimes.org/az/news/972176/ərdoğan-etirazçılara-xəbərdarlıq-edib -------------------------------------------------- Title : Ərdoğan etirazçılara xəbərdarlıq edib -------------------------------------------------- İslamTimes: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət partiyalarına xəbərdarlıq edib ki, hakimiyyətə etiraz olaraq küçələrə çıxsalar, 2016-cı ildə uğursuz çevriliş gecəsi tərəfdarlarının oxşar reaksiyası ilə üzləşəcəklər. Text : Çərşənbə axşamı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən toplantısında çıxış edən Türkiyə prezidenti iqtisadi böhrandan sonra müxalifət partiyalarının onun hökumətini tənqid etməsindən narazılığını ifadə edərək, müxalifət partiyalarını yalnız seçkidə xalqla görüşməkdə ittiham edib. Ərdoğan partiyasını xalqa yaxın olması, problemləri dinləməsi və həll yolları tapması ilə də tərifləyib. Türkiyənin müxalifət partiyaları və Ərdoğanın əleyhdarları növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər. Digər tərəfdən, Türkiyə prezidenti lirənin kəskin devalvasiyası və görünməmiş inflyasiya səviyyəsinə görə çox tənqid olunur. Son bir neçə ildə Türkiyə yüksək inflyasiya və yüksək işsizliklə iqtisadiyyatında tənəzzüldən əziyyət çəkib. Ərdoğanın əleyhdarları onu iqtisadiyyatı düzgün idarə etməməkdə, dövlət xəzinəsini boşaltmaqda və müxalifətin repressiyaya məruz qaldığı və həbs edildiyi ölkədə təkbaşına hökumət yaratmaqda ittiham edirlər. /Eastnews/