Islam Times 2 Aug 2021 102021000000Mon, 02 Aug 2021 10:31:50 +0430 10:31 https://www.islamtimes.org/az/news/946373/son-dəqiqə-türkiyə-avropa-ittifaqından-yardim-istədi -------------------------------------------------- Title : SON DƏQİQƏ: Türkiyə Avropa İttifaqından YARDIM İSTƏDİ -------------------------------------------------- İslamTimes: Türkiyə günlərdi davam edən meşə yanğınları ilə mübarizə məqsədilə Avropa İttifaqından (Aİ) yardım istəyib. Text : Publika.az "Son Dakika"ya istinadla xəbər verir ki, bu barədə Aİ Komissiyası açıqlama yayıb. Qeyd edilib ki, Türkiyə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmini hərəkətə gətirib. Aİ Komissiyası İspaniyadan 2, Xorvatiyadan isə 1 "Canadair" təyyarəsinin göndərilməsi üçün hərəkətə keçib. Açıqlamada bu yanğınsöndürmə təyyarələrinin "rescEU" adlı Avropa mülki müdafiə aktivləri içində yer aldığı vurğulanıb. "Aİ Fövqəladə Müdaxilə Koordinasiya Mərkəzi Türkiyə hakimiyyəti ilə müntəzəm təməsdadır", - məlumatda deyilir.