Islam Times 2 Jan 2022 072021000000Sun, 02 Jan 2022 07:44:51 +0330 7:44 https://www.islamtimes.org/az/news/971573/yunanıstanın-baş-naziri-pandemiyanın-omicronla-bitəcəyini-bildirib -------------------------------------------------- Title : Yunanıstanın baş naziri pandemiyanın Omicronla bitəcəyini bildirib -------------------------------------------------- İslamTimes: “Mümkündür ki, Omicron ştamı koronavirus pandemiyasının tarixində "son fəsil" olacaq və xəstəlik endemik hala gələcək”. Text : APA-nın məlumatına görə, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis səhiyyə naziri Tanos Pleurisla birlikdə Sotiria xəstəxanasında tibb işçiləri ilə görüşü zamanı bildirib. Mitsotakis həkimləri Yeni il münasibəti ilə təbrik edərək onlara infeksiya ilə mübarizə apardıqlarına görə təşəkkür edib "İnanıram ki, bu gün keçən illə müqayisədə, Omicronla bağlı çətinliklərə baxmayaraq, biz daha yaxşı vəziyyətdəyik. İlk növbədə ölkədə peyvəndlər var, hər on yetkin insandan səkkizi hazırda peyvənd olunur, hökumət səhiyyə sisteminin daha da gücləndirilməsinə səy göstərir. Yaxın vaxtlarda koronavirusa qarşı yeni dərmanlar olacaq və diaqnoz anından tətbiq olunacaq”, deyə baş nazir vurğulayıb.