Islam Times 16 Jan 2022 142022000000Sun, 16 Jan 2022 14:10:37 +0330 14:10 https://www.islamtimes.org/az/news/973896/trampın-seçkiləri-saxtalaşdırmaq-istədiyi-üzə-çıxdı -------------------------------------------------- Title : Trampın seçkiləri saxtalaşdırmaq istədiyi üzə çıxdı -------------------------------------------------- İslamTimes: Sabiq ABŞ prezidenti Donald Trampın 2020-ci il prezident seçkiləri zamanı qanuna zidd hərəkətlərinin yeni təfərrüatları məlum olub Text : Yeni üzə çıxan e-poçtdan sonra məlum olub ki, sabiq ABŞ prezidenti Donald Tramp 2020-ci il prezident seçkiləri zamanı seçki məntəqələrində çalışan dövlət işçilərinə qarşı qanunsuz təzyiqlər uyğulayıb. O işçilərdən səslərin hesablanmasını bu proses üçün təyin olunmuş son tarixdən daha öncə bitirmələrini istəyib. Tramp həmçinin səslərin hesablanmasını saxtalaşdıraraq, öz xeyrinə dəyişdirmək istəyib. ABŞ Milli Radiosunun məlumatına görə, bu e-poçt, 2020-ci ilin sentyabrında keçmiş vitse-prezidentin ofisinin rəhbəri Ron Jarminə göndərilib. E-poçt Donald Trampın texniki və qeyri-ənənəvi seçki məsələlərinə yüksək səviyyədə müdaxilə etmək istədiyini sübuta yetirir.