Islam Times 20 Jan 2022 132022000000Thu, 20 Jan 2022 13:01:58 +0330 13:01 https://www.islamtimes.org/az/news/974651/ermənistandan-cavab-gözləyirik-hikmət-hacıyev -------------------------------------------------- Title : "Ermənistandan cavab gözləyirik" - Hikmət Hacıyev -------------------------------------------------- İslamTimes: "Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistan Azərbaycan münasibətilərinin normallaşdırılması ilə bağlı məsələlərə toxundu". Text : Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxunub: "Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik. Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxmalıdır".