Islam Times 22 Sep 2021 232021000000Wed, 22 Sep 2021 23:07:29 +0330 23:07 https://www.islamtimes.org/az/news/955265/vaşinqton-və-paris-arasında-gərginlik-ciddi-problemlərə-səbəb-olur -------------------------------------------------- Title : Vaşinqton və Paris arasında gərginlik ciddi problemlərə səbəb olur -------------------------------------------------- İslamTimes: Vaşinqtonun Parisə qarşı xəyanətkar addımı Avropa İttifaqı ilə ABŞ arasında da ciddi böhran yaşanmasına səbəb olur Text : New York Times qəzeti öz internet saytında yazıb: "Fransa ilə Amerika Birləşmiş Ştatları arasındakı diplomatik gərginlik Avropa üçün ciddi məsələ halına gəlib. Avropa Birliyinin yüksək vəzifəli nümayəndəsi çərşənbə axşamı günü AB-nin ABŞ-la əlaqələrini yenidən nəzərdən keçirməyə çağırıb." Avropa Birliyinin Ticarət Komissarı Tierri Breton, BMT Baş Assambleyası çərçivəsində virtual iclas zamanı deyib: "Mən bunu təəssüf hissi ilə deyirəm, son hadisələrdən sonra aydın görünür ki, Avropa ilə Amerika arasındakı münasibətlərdə artıq ciddi bir inamsızlıq yaranıb!"