Islam Times 27 Oct 2021 102021000000Wed, 27 Oct 2021 10:35:43 +0330 10:35 https://www.islamtimes.org/az/news/960665/ilk-dəfə-olaraq-işğalçı-israildən-səudiyyə-ərəbistanına-birbaşa-reys-həyata-keçirilib -------------------------------------------------- Title : İlk dəfə olaraq işğalçı İsraildən Səudiyyə Ərəbistanına birbaşa reys həyata keçirilib -------------------------------------------------- İslamTimes: Birləşmiş Ərəb Əmirliklərinin RoyalJet hava yolla şirkətinə məxsus sərnişin təyyarəsi ötən gün İsraildən birbaşa Səudiyyə Ərəbistanına uçub. Text : SalamNews bu barədə İsrail mətbuatına istinadla xəbər verir. Bildirilib ki, Səudiyyə Ərəbistanın işğalçı İsrailin təyyarələrinə öz hava məkanından keçməsinə icazə verməsindən sonra daha bir ilkə imza atılıb. Əlavə edilib ki, Birləşmiş Ərəb Əmirliklərinin RoyalJet hava yolla şirkətinə məxsus sərnişin təyyarəsi ötən gün sionist rejimin Bin-Qoriun hava limanından Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində Məlik-Xalid hava limanına uçub.