Islam Times 23 Dec 2021 102021000000Thu, 23 Dec 2021 10:19:26 +0330 10:19 https://www.islamtimes.org/az/news/969882/israil-hərbçiləri-fələstinlini-qətlə-yetirdi -------------------------------------------------- Title : İsrail hərbçiləri fələstinlini qətlə yetirdi -------------------------------------------------- İslamTimes: İsrail qüvvələri İordan çayının qərb sahilinin Ramallah şəhərində bir fələstinlini içində olduğu avtomobilə atəş açaraq onu qətlə yetirib. Text : Bu barədə ötən gün Fələstinin WAFA agentliyi Fələstinin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata əsasən, 26 yaşlı gənc kürəyindən yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər zərərçəkənin həyatını xilas edə bilməyiblər. Xatırladaq ki, İsrail mütəmadi olaraq müxtəlif bəhanələrlə fələstinliləri həbs edir, qətlə yetirir. /Eastnews/