Islam Times 10 Jan 2022 122022000000Mon, 10 Jan 2022 12:25:49 +0330 12:25 https://www.islamtimes.org/az/news/972833/qüds-patriarxı-sionistlər-qüdsdəki-xristianların-varlığına-qarşı-təhdiddir -------------------------------------------------- Title : Qüds Patriarxı: Sionistlər Qüdsdəki xristianların varlığına qarşı təhdiddir! -------------------------------------------------- İslamTimes: Pravoslav xristianların liderlərindən olan Qüds Patriarxı III Theophilus bəyan edib ki, ekstremist sionist qruplar Qüdsün qədim məntəqələrindəki xristianların mövcudiyyətini təhdid edirlər. Text : Qüds Patriarxı III Theophilus İngiltərənin “Times” qəzetində dərc olunan qeyddə yazıb: "Elə düşünürəm ki, məqsəd xristian icmasını Müqəddəs Qüds şəhərindən çıxarmaqdır. Burada hər üç səmavi din, yəhudilik, xristianlıq və İslam üçün müqəddəs məkanlar var." III Theophilus əlavə edib: "Yerusəlimdə varlığımız təhlükə altındadır. Kilsələrimiz İsrail ekstremist qrupları tərəfindən təhdid edilir. Qüdsdəki xristian icması bu sionist ekstremistlər tərəfindən çox əzab-əziyyətə məruz qalıb. Qardaşlarımız və bacılarımız qəlbi nifrət, kinlə dolu insanların cinayətlərinin qurbanı olurlar. Kilsələrimizə daim zərər yetirilir, hörmətsizlik edilir. Din xadimlərimiz dəfələrlə təhdidlərə məruz qalıb..."