Islam Times 30 Nov 2021 172021000000Tue, 30 Nov 2021 17:37:05 +0330 17:37 https://www.islamtimes.org/az/news/966218/abş-öz-vədlərinə-belə-əməl-etmir -------------------------------------------------- Title : ABŞ öz vədlərinə belə əməl etmir! -------------------------------------------------- İslamTimes: ABŞ senatoru: Respublikaçılar hakimiyyətə gəlsə, HBFP sazişi sənədini yenə yırtacaq Text : İfratçı Respublikaçı senator Vyana danışıqları ilə bağlı bir daha pozucu fikirlər səsləndirərək deyib ki, Respublikaçılar yenidən hakimiyyəti ələ keçirsələr, İranla əldə ediləcək istənilən razılaşma pozulacaq. Fars Xəbər Agentliyinin Beynəlxalq Qrupunun məlumatına görə, İslam Respublikasına qarşı sərt mövqeyi ilə seçilən ABŞ Konqresinin Respublikaçı senatoru Tom Kotton HBFP sazişinin bərpası üçün təşkil edilən Vyana danışıqları ilə bağlı mesajında ​​bildirib ki, əgər Respublikaçılar iqtidara gəlsə İranla hər hansı bir saziş sənədi yırtılacaq. Kotton Twitter-də yazıb: “Bayden-İran nüvə sazişi əvvəlkindən daha pis olacaq və Respublikaçılar (ABŞ-da) hakimiyyətə gəldikdən sonra yenidən bu saziş qüvvədən düşəcək.”