Islam Times 2 Dec 2014 132014000000Tue, 02 Dec 2014 13:42:48 +0330 13:42 https://www.islamtimes.org/az/news/422743/nato-nazirləri-ukrayna-rusiya-və-əfqanıstandan-danışacaq -------------------------------------------------- Title : NATO nazirləri Ukrayna, Rusiya və Əfqanıstandan danışacaq -------------------------------------------------- IslamTimes - NATO-nun xarici işlər nazirləri dekabrın 2-də Brüsseldə görüşür. Onlar Ukraynadakı böhranı, Moskva və Qərbin pisləşən münasibətlərini müzakirə edəcəklər. Text : Danışıqlardan öncə NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, «2014-cü il işğal, böhran və münaqişə ili olub» və «Rusiyanın hərəkətləri Avro-Atlantik təhlükəsizliyə zərbə vurub». Nazirlər 2015-ci ilədək hazır olacaq aralıq çevik reaksiya qüvvəsini də müzakirə edəcək. Onlar gələn il şərq ərazilərində NATO-nun iştirakını gücləndirmək məsələsindən də danışacaqlar. NATO nazirlərinin Ukrayna ordusunun modernləşdirilməsinə maliyyə ayrılması üçün fond yaradacaqları gözlənir.