Islam Times 20 Apr 2021 112021000000Tue, 20 Apr 2021 11:16:59 +0430 11:16 https://www.islamtimes.org/az/news/928247/taliban-əfqanıstanda-partlayış-törədib-ölənlər-və-yaralananlar-var -------------------------------------------------- Title : “Taliban” Əfqanıstanda partlayış törədib, ölənlər və yaralananlar var -------------------------------------------------- İslamTimes: Əfqanıstanın şimal-qərbində törədilmiş partlayış zamanı iki polis əməkdaşı həlak olub. Text : “Report”un məlumatına görə, bu barədə 1TV telekanalı xəbər verib. Qeyd edilir ki, hadisə Herat əyalətində baş verib. Minalanmış avtomobilin partladılması zamanı həmçinin daha 3 polis əməkdaşı yaralanıb. Partlayışdan sonra “Taliban” silahlılarının hücumu baş verib. Polis əməkdaşları ilə silahlılar arasında atışma bir neçə saat davam edib. Sonda “taliblər” sıxışdırılaraq ərazidən uzaqlaşdırılıblar. “Taliban” hələlik hadisəni şərh etməyib.