Islam Times 23 May 2012 062012000000Wed, 23 May 2012 06:35:00 +0430 6:35 https://www.islamtimes.org/az/news/164506/pakistanın-kəraçi-şəhərində-nümayişçilərin-öldürülməsi-iğtişaşlarla-nəticələnib -------------------------------------------------- Title : Pakistanın Kəraçi şəhərində nümayişçilərin öldürülməsi iğtişaşlarla nəticələnib -------------------------------------------------- IslamTimes - Mayın 22-də Pakistanın Kəraçi şəhərində polisin hərəkətlərinə qarşı etiraz aksiyası 9 nümayişçinin öldürülməsi ilə nəticələnib. Text : Bu barədə APA EFE agentliyinə istinadən məlumat verir. Etiraz aksiyasını «Avami Təhrik» partiyası təşkil edib. Aksiya zamanı atışma başlayıb və 9 nümayişçi qətlə yetirilib, 30 nəfər, o cümlədən polislər yaralanıblar. Nümayişçilərin öldürülməsi iğtişaşlara səbəb olub. İğtişaşlar nəticəsində avtomobillər və dükanlar yandırılıb. Hələlik kimin nümayişçilərə atəş açdığı məlum deyil. Rəsmilər şəhərdə əmin-amanlığı bərpa etməyə çalışırlar.